Aşqarlar Kimyası İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb

168

Iyulun 5-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Üzvi kimya” ixtisası üzrə təhsil alan I kurs  magistrantların “Zərif üzvi sintez II” fənni üzrə sonuncu imtahanı keçirilib.

Təhsil şöbəsindən verilən məlumata əsasən, ikinci yarım ildə tədris olunan 7 fənn əsasında magistrantların yekun biliyi qiymətləndirilib. Həmin fənnlərdən 3-ü – fəlsəfə, psixologiya və pedaqogika mərkəzləşdirilmiş formada Mərkəzi Elmi Kitabxanada, qalan 4 ixtisasla bağlı fənn (Üzvi kimyanın nəzəri məsələləri, Üzvi kimyada fiziki-kimyəvi tədqiqat üsulları, Sterokimya, Zərif üzvi sintez II) üzrə isə AKİ-nin özündə tədrisi həyata keçirən müəllimlər tərəfindən keçirilib.

İmtahanlar uğurla başa çatıb.

PAYLAŞ