2019-cu il tədris ili üçün Mülki Müdafiə tədbirlər planına əsasən AMEA Aşqarlar Kimyası İnstitutunda 20 sentyabr 2019-cu il tarixində hərbiləşdirilməmiş Mülki Müdafiə dəstələrin xəbərdarlıq “Toplanış” məşqi keçirilmişdir.
Məşqin keçirilməsinin məqsədi fövqaladə hadisə zamanı və xəbərdarlıq “Toplanış” siqnalını aldıqda hərbiləşdirilməmiş dəstələrin şəxsi heyətinin davranış qaydaları təcrübəsini artırmaq, bacarıqlarını təkmilləşdirmək və hazır vəziyyətə gətirilməsini öyrənməkdən ibarətdir.
Məşqə hazırlıq mərhələsində məşqin təşkili və keçirilməsi haqqında AMEA Aşqarlar Kimyası İnstitutunun direktorunun əmri verilmiş, məşqin keçirilmə planı tərtib olunmuş, mülki müdafiə dəstələrinin şəxsi heyətinin xəbərdarlıq sxemi dəqiqləşdirilmiş, rabitə vasitələrinin vəziyyətinə baxış keçirilmiş və məşqin keçirilməsi ilə əlaqədar digər təşkilati tədbirlər görülmüşdür. Məşq iştirakçıları ilə metodiki toplantı keçirilmişdir.
Məşq 20 sentyabr 2019-cu il saat 10.00-da məşq rəhbərinin hərbiləşdirilməmiş MM dəstələrinin toplanması barədə göstərişi ilə başlanmış, dəstələrin şəxsi heyəti vaxtında təyin olunmuş yerə toplanmışlar. Mülki müdafiə dəstələrinin şəxsi heyətlə komplektləşdirilməsi, tabel əmlakı ilə təchizatı, qoyulmuş tapşırıqlar üzrə nəzəri bilikləri yoxlanılmışdır.
Məşq rəhbərinin 20 sentyabr 2019-cu il saat 12.00-da xəbərdarlıq və “Toplanış” məşqin başa çatması barəsində göstərişindən sonra məşqin nəticələri təhlil olunmuşdur. Aşkar olunmuş nöqsanların aradan qaldırılması barədəə müvafiq göstərişlər verildir.
2019-cu il tədris ili üçün Mülki Müdafiə tədbirlər planına əsasən AMEA Aşqarlar Kimyası İnstitutunda 20 sentyabr 2019-cu il tarixində hərbiləşdirilməmiş Mülki Müdafiə dəstələrin xəbərdarlıq “Toplanış” məşqi keçirilmişdir.
Məşqin keçirilməsinin məqsədi fövqaladə hadisə zamanı və xəbərdarlıq “Toplanış” siqnalını aldıqda hərbiləşdirilməmiş dəstələrin şəxsi heyətinin davranış qaydaları təcrübəsini artırmaq, bacarıqlarını təkmilləşdirmək və hazır vəziyyətə gətirilməsini öyrənməkdən ibarətdir.
Məşqə hazırlıq mərhələsində məşqin təşkili və keçirilməsi haqqında AMEA Aşqarlar Kimyası İnstitutunun direktorunun əmri verilmiş, məşqin keçirilmə planı tərtib olunmuş, mülki müdafiə dəstələrinin şəxsi heyətinin xəbərdarlıq sxemi dəqiqləşdirilmiş, rabitə vasitələrinin vəziyyətinə baxış keçirilmiş və məşqin keçirilməsi ilə əlaqədar digər təşkilati tədbirlər görülmüşdür.