Aşqarlar Kimyası İnstitutunda “Sürtkü yağlarının triboloji xassələri və onların təyini metodları” mövzusunda seminar keçirilib

117

7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Sürtkü yağlarının triboloji xassələri və onların təyini metodları” mövzusunda maarifləndirmə seminarı keçirilib.

Giriş nitqi ilə çıxış edən İnstitutun elmi katibi k.ü.f.d., dosent Mehparə Səfərova  “8 noyabr – Zəfər Günü” münasibətilə institut əməkdaşlarını təbrik edib və sözü “Triboloji xassələrə malik üzvi birləşmələr ” laboratoriyasının böyük elmi işçisi İnqilab İsmayılova verib.

“Triboloji xassələrə malik üzvi birləşmələr” laboratoriyasının böyük elmi işçisi İnqilab İsmayılov “Sürtkü yağlarının triboloji xassələri və onların təyini metodları” mövzusunda geniş təqdimatla çıxış edib.

O, seminar iştirakçılarını müasir konstruksiyalı mühərriklərdə istifadə edilən transmissiya yağları, dördkürəli sürtünmə maşının quruluşu, iş prinsipi, siyrilmə indeksinin, böhran yükünün, qaynaq yükünün təyini metodları  haqqında məlumatlandırıb.

Təqdimatla bağlı elmi katib, k.ü.f.d. Mehparə Səfərova, professor Həqiqət Cavadova, professor Pərvin Məmmədova, aparcı elmi işçilər – tex.ü.f.d. Yulduz Ramazanova, k.ü.f.d. Elxan İsakov və k.ü.f.d. Ceyhun Həmidova fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

PAYLAŞ