Aşqarlar Kimyası İnstitutunda tələbə və magistrantlara akademik tədqiqat bilikləri öyrədilir

52

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) elmlə təhsilin inteqrasiyası istiqamətində universitetlərlə əlaqələrini genişləndirir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində bakalavr və magistr tələbələrin fərdi və qrup halında İnstitut laboratoriyalarında tədqiqat təcrübəsi keçmələri təmin olunur.

Bu dəfə Azərbaycan-Fransız Universitetində “Kimya mühəndisliyi” ixtisasında təhsil alan lV kurs tələbəsi Göyçayeva Ceyran Şahin qızına 01.07.2024-30.08.2024-cü il tarixlərində Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə hərtərəfli şərait yaradılmışdır. O, təcrübə müddətində institutun laboratoriyalarında akademik tədqiqatlarda istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olub, bəzi təcrübələrin aparılmasında yaxından iştirak edib və sonda sertifikatla təltif olunub.

 

 

 

PAYLAŞ