Aşqarlar Kimyası İnstitutunda YAP-ın 30 illiyinə həsr olunan müsabiqə keçiriləcək

81

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad.Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun YAP İlk Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibəti ilə gənc alim və mütəxəssislər arasında “Ən məhsuldar gənc alim” müsabiqəsi keçiriləcək.

İnstitutun icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayevin verdiyi məlumata görə, gənclərin elmə təşviq edilməsi, həvəsləndirilməsi, onlar arasında sağlam rəqabət yaratmaq məqsədi daşıyan bu müsabiqə zamanı əsas elmmetrik meyarlar üzrə 2022-ci ildə elmi fəaliyyəti ilə fərqlənən İnstitutun gənc alim və mütəxəssisləri I, II və III yerlər üzrə mükafatlandırılacaqlar. Qaliblərə diplom və pul mükafatları təqdim olunacaq.

 

PAYLAŞ