Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclərin “Ən yaxşı elmi məruzə” müsabiqəsi keçirilib

67

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənc alim, doktorant, disertant və magistrlər arasında elan edilən “Ən yaxşı elmi məruzə” müsabiqəsinə təqdim edilən məruzələr dinlənilib.

İnstitutun icraçı direktoru professor Əfsun Sucayev gənclər arasında keçirilən müsabiqəniin əhəmiyyəti haqqında məlumat verərək bildirib ki, “Gənclərimizin ətraf mühütün ekoloji sağlamlaşdırılması və problemlərinin həllini əhatə edən, konkret olaraq neftlə çirklənmiş ərazilərin təmizlənməsi, kənara atılan yağların regenerasiyası, turş qudronun emalı və sair istiqamətdə apardıqları tədqiqatların nəticələri ilə bağlı məruzələri  “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib. Bu müsabiqələr gənclərin alim kimi hazırlanmasına, onların cəmiyyət həyatında layiqli təbəqə kimi yetişməsinə kömək olur”.

Onun sözlərinə görə, artıq 10 ilə yaxındır ki, bu müsabiqələr keçirilir və bir ənənə halını alıb.

Qeyd edək ki, namizədlərin seçimi zamanı mövzunun aktuallığı, əldə olunan nəticələrin elmi və praktikliyi, məruzəçinin sualları cavablandırma səviyyəsi və mövzu ilə əlaqədar dərc etdirdiyi elmi əsərlər kimi meyarlar əsas götürülür.

Elmi müsabiqənin şərtlərinə uyğun olaraq Ekspert Komissiyasının üzvləri qiymətləndirmə aparmaq üçün namizədlərin  elmi-tədqiqat mövzularına uyğun hazırladıqları məruzələrini dinləyiblər. Hər bir namizədə 10-15 dəqiqə vaxt verilib. Təqdimat zamanı 7 elmi məruzə dinlənilib və suallar cavablandırılıb.

Bir-birindən maraqlı məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məlumat üçün qeyd edək ki, müsabiqənin qalibləri may ayının sonunda elan olunacaq. Qaliblərə diplom və pul mükafatları veriləcək.

PAYLAŞ