Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi seminar keçirilib

113

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə 01 may 2024-cü il tarixində akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “İşlənmiş motor yağlarının regenerasiyası və alınan məhsullar əsasında onların yeni tətbiq sahələri” mövzusunda ekoloji maarifləndirmə seminarı keçirilib.

Giriş nitqi ilə çıxış edən İnstitutun icraçı direktoru professor Əfsun Sucayev bildirib ki, bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib: “İnstitutda da bu illə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin bu ilin noyabr ayında Bakı növbəti möhtəbər tədbirə – COP29 (“Conference of the Parties”) ev sahibliyi edəcək. Ölkəmizdə baş tutacaq COP29 elmi-tədqiqat institutları, eləcə də kimyaçı alimlərimizdən yeni vəzifələr kimi fundamental və tətbiqyönlü tədqiqatlar həyata keçirmək tələb edir. Bu tədqiqatları yerinə yetirmək isə respublikamıza iqtisadi inkişaf ilə yanaşı ekoloji problemlərin həllinə və ətraf mühitin sağlamlaşdırılmasına böyük töhfələr vermis olacaq”.

Ə.Sucayev Aşqarlar Kimyasi İnstitutunun ekoloji problemlərin həllinə yönələn elmi fəaliyyətə həmişə üstünlük verildiyini, bununla əlaqədar İnstitutun ayrı-ayrı laboratoriyalarında 4 müxtəlif istiqamətlərdə tədqiqat aparıldığını və mühüm fundamental və tətbiqi nəticələr əldə edildiyini söylədi. Onun sözlərinə görə keçiriləcək ekoloji maarifləndirmə seminarların bir məqsədi də indiyə qədər yerinə yetirlimiş tədqiqatların nəticələrini müzakirə etmək və bundan sonra həmin tədqiqatların davamı olaraq perspektiv fəaliyyət planını müəyyənləşdirməkdir.

Sonra “Sürtkü kompozisiyaları” laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Aida Yusifova “Işlənmiş motor yağlarının regenerasiyası və alınan məhsullar əsasında onların yeni tətbiq sahələri” mövzusunda geniş təqdimatla çıxış edib.

O, qeyd edib ki, işlədiyi laboratoriyada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətlərindən biri də müxtəlif növ texnikada istifadə olunan sürtkü yağlarının işlənmiş nümunələrinin regenerasiya texnologiyasının yaradılması və regenerasiya olunmuş yağ məhsulları əsasında müxtəlif sürtkü kompozisiyalarının yaradılmasına dair elmi tədqiqatlar aparmaqla ətraf mühitə atılmış işlənmiş yağları aradan qaldırmaqla respublikamızın ekoloji problemlərinin həllinə töhfə verməklə bağlı olmuşdur.

Təqdimatla bağlı elmi katib, k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri, professorlar Həqiqət Cavadova və k.e.d. Elmira Nağıyeva fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

 

 

PAYLAŞ