Aşqarlar Kimyası Institutunda yubiley tədbiri keçirildi

152

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Yağlayıcı-soyuducu kompozisiyalar ” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Məmmədova Pərvin Şamxal qızının 80 yaşı tamam oldu. Yubileylə əlaqədar olaraq institutda Elmi Şuranın geniş iclası keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun Baş direktoru akademik Vaqif Fərzəliyev professor Pərvin Məmmədovanın əsas elmi  istiqamətini, apardığı  tədqiqatların iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz və az komponentli, ucuz YSM kompozisiyalarının işlənilməsinə yönəlmiş olmasını, bu istiqamətdə ayrı-ayrı komponentlərin kimyəvi tərkibi, quruluşu və effektliyi arasında qarşılıqlı əlaqənin öyrənilməsini, yeni YSM kompozisiyalarının alınma texnologiyasının işlənilməsini, sənaye miqyasında istehsalının təşkili və respublikanın müxtəlif maşınqayırma zavodlarında tətbiqi istiqamətində apardığı elmi fəaliyyətindən danışmış, eyni zamanda yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində, institutun ictimai həyatında  uğurlu  fəaliyyətini də qeyd etmişdir.  Onu institutun bütün əməkdaşları adından təbrik etmiş, ona uzun ömr,  cansağlığı  və elmi fəaliyyətində  uğurlar arzulamışdır.

İnstitutun elmi katibi  baş elmi işçi M.Səfərova Pərvin xanımın keçdiyi uğurlu həyat yolu haqqında geniş məruzə ilə çıxış etmişdir.

Daha sonra  professor Həqiqət Cavadova, professor Fikrət Məmmədov ,baş elmi işçi Elmira Nağıyeva, dosent Nüsrət Əliyev professor Pərvin Məmmədovanı təbrik etmiş, ona ən xoş arzularını bildirmişlər.

 

 

 

 

PAYLAŞ