Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil ocağının 105 illik yubileyi münasibətilə “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans” təşkil olunub.
Konfransın proqramına müxtəlif mövzularda bölmə iclasları daxil idi. “Üzvi sintezdə innovativ yanaşmalar”, “Makromolekullu birləşmələrin müasir sintez üsulları”, “Kompozit materialların hazırlanması və tətbiqi” və “Ətraf mühitdə sağlam qida” kimi başlıqlar altında keçirilən iclaslarda tanınmış alim və mütəxəssislər məruzələrlə çıxış ediblər. Elmi təqdimatlar ətrafında geniş müzakirələr aparılıb, sahə üzrə gələcək perspektivlər dəyərləndirilib.
AR ETN Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçiləri – Ceyhun Həmidova, Rəna Babai, elmi işçilər – Nərgiz Hüseynova,Qaratel Quliyeva ,Təranə İbrahimova və Leyla Səfərova konfransda iştirak ediblər.