Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyevin ideya müəllifliyi ilə AKİ-nin 60 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutu – 60” tanıtma kitabı çapdan çıxıb.
Nəşrin tərtibçi-müəllifləri kimya elmləri doktoru, professor Əfsun Sucayev və kimya üzrə fəlsəfə doktoru, dosent Mehparə Səfərovadır.
Kitab Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyevin müəllifi olduğu “Baş redaktordan” ön sözü ilə başlayır.
Kitabın məqsədi Aşqarlar Kimyası İnstitutunun yarandığı vaxtdan indiyə qədər keçdiyi 60 illik şərəfli yola bir daha işıq salmaq, onun ayr-ayrı dövrlər üzrə inkişaf tarixi, strukturu, elmi fəaliyyət istiqamətləri, əldə olunan fundamental, tətbiqi elmi nailiyətləri, alim və mütəxəssisləri, beynəlxalq əlaqələri, yüksək ixtisaslı kadr hazırlığı, elm və təhsilin inteqrasiyası istiqamətində görülmüş işlər haqqında zəruri məlumatları ümumiləşdirərək elmi ictimayyətə çatdırmaqdır. Kitab universitet və elmi-tədqiqat institutlarında uyğun sahələrdə elmi fəaliyyətlə məşğul olan alim və mütəxəssislər üçün etibarlı mənbə kimi də nəzərdə tutulmuşdur.
Nəşrdə AKİ-nın fəaliyyətini vizual şəkildə təqdim edən fotoşəkillər və təsviri məlumatlar da əks olunub.

