Aşqarlar Kimyası İnstitutunun alimləri beynəlxalq konfransda iştirak ediblər

55

23-24 may 2025-ci il tarixlərində Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elmi konfrans müasir kimya, biologiya, fizika, aqrar və sosial elmlərin aktual problemlərinə həsr edilib.

Konfransda akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev və “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasının kiçik elmi işçisi kimya üzrə fəlsəfə doktoru İbadulla Mahmudov iştirak edib.

Ə.Sucayev konfransın “Üzvi və neft kimyanın aktual problemləri” bölməsinə həmsədrlik edib. İştirakçıların təqdimatında maraqlı məruzələr dinlənilib, müxtəlif suallar ətrafında müzakirələr aparılıb.

Konfrans materiallar toplusuna mövzu ilə bağlı 500-dən çox məqalə  5 cilddə kitabda nəşr olunub.

PAYLAŞ