Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev səfir Xeyrullah Spelanay ilə görüşüb

2001

Fevralın 15-də AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev ilə Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Xeyrullah Spelanay arasında görüş keçirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi ilə baş tutan görüşdə səfiri salamlayan akademik Vaqif Fərzəliyev İnstiutun yaranma tarixi, əsas elmi istiqamətləri, elmi potensialı və əldə etdiyi nailiyyətlər barədə məlumat verib. İnstitut direktoru son illər iki dövlət arasında mövcud əlaqələrin daha da genişləndiyini, bugünkü görüşün gələcəkdə elm sahəsində də əməkdaşlığın güclənməsinə töhfə verəcəyini bildirib. Akademik rəhbərlik etdiyi elmi müəssisənin Əfqanıstanın müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Səfir Xeyrullah Spelanay Əfqanıstanda elm və təhsil sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, Əfqanıstanın bütün istiqamətlərdə, o cümlədən elm sahəsində Azərbaycan dövləti ilə əlaqələrin gücləndirilməsində maraqlıdır.

Daha sonra görüşdə elm sahəsində qarşılıqlı gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.

PAYLAŞ