Aşqarlar Kimyası İnstitutunun elmi işçisi beynəlxalq konfransda iştirak edib

178

26-29 dekabr 2023-cü il tarixində   Türkiyənin Ankara şəhərində “9.ULUSLARARASI ANKARA BİLİMSEL ARAŞTIRMALAR  KONGRESİ”  Beynəlxalq onlayn elmi konfransı  keçirilib.

Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Triboloji xassələrə malik üzvi birləşmələr” laboratoriyasının elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Gəray qızı Mustafayeva “Ditioltörəmələrin bəzi yeni nümayəndələrinin sintezi və triboloji xassələrinin tədqiqi” mövzusunda onlayn məruzə edib və sertifikatla təltif olunub.

PAYLAŞ