Aşqarlar Kimyası Institutunun elmi işçisi konfransda iştirak edib

143

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində  25-26 aprel 2024-cü il tarixində “Makromolekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfrans  keçirilib.

Konfrans iki gün ərzində 4 bölmə üzrə – “Kompozit materialların hazırlanması və tətbiqi”, “Makromolekullu birləşmələrin müasir sintez üsulları, “Üzvi sintezdə yanaşmalar”, “Ətraf mühit və sağlam qida” plenar iclaslarla davam edib. Ümumilikdə konfransa 170-dək elmi məqalə və 220-dən artıq tezis təqdim olunub, 24 məqalə “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunacaq.

Aşqarlar Kimyası Institutunun “Zərif üzvi sintez” laboratoriyasının elmi işçisi Kəmalə Əsgərova “İşlənmiş  təyyarə yağı əsasında alınmış plastik sürtkünün yağları əsasında alınmış sürtkü ilə müqayisəsi ” mövzusunda məqalə ilə  konfransda çıxış  edib və sertifikatla təltif olunub.

PAYLAŞ