Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində 25-26 aprel 2024-cü il tarixində “Makromolekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.
Konfrans iki gün ərzində 4 bölmə üzrə – “Kompozit materialların hazırlanması və tətbiqi”, “Makromolekullu birləşmələrin müasir sintez üsulları, “Üzvi sintezdə yanaşmalar”, “Ətraf mühit və sağlam qida” plenar iclaslarla davam edib. Ümumilikdə konfransa 170-dək elmi məqalə və 220-dən artıq tezis təqdim olunub, 24 məqalə “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunacaq.
Aşqarlar Kimyası Institutunun “Yanacaq kompozisiyaları” laboratoriyasının elmi işçisi Cəfərova Ulduz Şəmsəddin qızı da iştirakçılar arasında olub. Konfransda çıxış edən gənc mütəxəssis sertifikatla təltif olunub.