Aşqarlar Kimyası Institutunun elmi işçisi konfransda iştirak edib

11

17-18 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetində Kimya fakültəsinin və M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş doktorant, magistrant və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” adlı IV Respublika elmi konfransı keçirilib.

Aşqarlar Kimyası Institutunun “Yanacaq kompozisiyaları” laboratoriyasının elmi işçisi Cəfərova Ulduz Şəmsəddin qızı konfransda “Dietoksietil efirlərinin (alkil(aril)tio)aminkəhrəba turşularının yanacaqlarda antimikrob xassələrinin öyrənilməsi” mövzusunda  çıxış  edib.

PAYLAŞ