Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasında hesabata hazırlıq məsələləri müzakirə olunub

116

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev öncə bildirib ki, bu günlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin işçilərinin say həddi və strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq edib: “Agentliyin tabeçiliyində olan elmi müəssisələrdən biri kimi Aşqarlar Kimyası İnstitutun kəmiyyət və keyfiyyət göstəricilərin yaxşılaşdırılması üçün daha çox çalışmalıyıq”.

O, İnstitutda işə davamiyyət məsələrinə nəzarət tədbirlərin artırılacağını qeyd etdi və işçilərin gündəlik fəaliyyət planı üzrə müvafiq işlə təmin olunmasının zəruriliyini bildirdi.

V.Fərzəliyev laboratoriya və müvafiq şöbə rəhbərlərinə işçilərin işə davamiyyətinə və eləcə də laboratoriyalarda aparılan işlərə nəzarət olunacağını qeyd etdi.

O, eyni zamanda elmi işçilərin, xüsusən gənc alim və mütəxəssislərin fəaliyyətinin genişləndirilməsi, onların fəlsəfə və elmlər doktoru dissertasiya işlərinin hazırlığı, dünya elminə inteqrasiya olunmaları üçün beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində prioritet hədəflərin müəyyənləşdirildiyini və bunun üçün növbəti aydan etibarən hər bir laboratoriya kollektivi ilə ayrıca görüşlərin təşkil olunacağını, həmin laboratoriyaların fəaliyyət istiqamətinə uyğun müzakirələrin aparılacağını söylədi.

İclasda illik hesabatların hazırlığı ilə bağlı vəziyyət müzakirə olundu. Gündəlikdə olan məsələlərlə bağlı müzakrələr aparıldı və təkliflər səsləndi.

PAYLAŞ