Aşqarlar Kimyası İnstitutunun gənc alimi beynəlxalq elmi konfransda məruzə edib

127

28-30 Mart 2023–cü il tarixlərində Almanyanın Frankfurt şəhərində “7. ULUSLARARASI AVRUPA DİSİPLİNLERARASI  BİLİMSEL ARAŞTIRMALAR  KONGRESİ” beynəlxalq onlayn elmi konfrans keçirilib. “Zoom” platforması üzərindən baş tutan konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun (AKİ) “Triboloji xassələrə malik üzvi birləşmələr”  laboratoriyasının mühəndisi  Kazımzadə Şəfa  “KÜKÜRD VƏ BOR SAXLAYAN BIRLƏŞMƏLƏR SÜRTKÜ YAĞLARINA SÜRTÜNMƏYƏ QARŞI AŞQAR KIMI”  (SULFUR-, BORON-CONTAINING COMPOUNDS AS EP ADDITIVES TO LUBRICANT OILS) mövzusunda ingilis dilində məruzə etmiş, konfrans iştirakçılarının suallarını cavablandırmışdır.

Məruzə transmissiya yağlarının keyfiyyət göstəricilərini yaxşılaşdırmaq üçün əlavə edilən aşqarlardan bəhs edirdi.

PAYLAŞ