Aşqarlar Kimyası İnstitutunun gənc alimi kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb

229

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasının elmi işçisi Hüseynova Mənsurə Teyfur qızı 2314.01 – “Neft kimyası” ixtisasından kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Karboksil və merkapto qrup saxlayan liqandlarla keçid elementlərinin komplekslərinin sintezi və aşqar kimi tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

Onun apardığı elmi tədqiqatlar zamanı ilk dəfə yeni metal komplekslərinin yeni sintez üsulu işlənib hazırlanmış, bu komplekslərin kristal quruluşu rentgen-struktur analiz metodu vasitəsilə təsdiq edilmiş, Türkiyənin Bartın və Marmara Universitetləri alimləri ilə birgə həmin metal komplekslərinin canlı orqanizmdə karbon anhidraz I və II izoenzimləri, asetilxolinesteraza (AChE), butirilxolinesteraza (BChE) enzimlərinin inhibitoru kimi araşdırılmış və aşkar olunmuşdur ki, bu birləşmə antiepileptik, antidiabetik və antixolinergik xassəyə malikdir və standart dərman maddəsi ilə müqayisədə daha yüksək təsirlidir.

İnstitutun gənc alimi Hüseynova Mənsurə Teyfur qızı 2314.01 – “Neft kimyası” ixtisasından kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Kimya üzrə fəlsəfə doktoru Hüseynova Mənsurə Teyfur qızını təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayırıq.

PAYLAŞ