Aşqarlar Kimyası İnstitutunun gənc alimi konfransda iştirak edib

51

Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilib.

Beynəlxalq tədbirə 9 ölkədən ümumilikdə müxtəlif elm sahələri üzrə 700-ə yaxın tezis və məqalə göndərildiyini, onlardan 548-nin konfransın proqramına daxil edildiyi bildiriblər. Konfransa Azərbaycanın 35-dən çox ali təhsil müəssisəsindən məruzələrin təqdim olunduğunu deyən  rektor Yaqub Piriyev gənc tədqiqatçıların nailiyyətlərini ictimaiyyətə çatdırmaq, tədqiqat işlərinə marağın artırılması baxımından konfransın əhəmiyyətini yüksək dəyərləndirib, iştirakçılara uğurlar arzulayıb.

Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı Kazımzadə Lamiyə Kazım qızı məruzə ilə iştirak edib, konfrans iştirakçılarının suallarını cavablandırıb.

Kazımzadə Lamiyə Kazım qızına Sertifikat təqdim olunub.

PAYLAŞ