Aşqarlar Kimyası İnstitutunun gənc tədqiqatçısı bitki yağlarından biodizelin alınmasında elmi yenilik əldə edib

1410

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yanacaqlara aşqarlar laboratoriyasının elmi işçisi Lalə Mahmudova bitki yağlarından biodizelin alınması və onun əsasında dizel yanacaq kompozisiyalarının hazırlanması istiqamətində mühüm elmi nəticələr əldə edib.

Bitki yağlarından yüksək çıxımla biodizel əldə etmək məqsədilə gənc tədqiqatçı tərəfindən effektli katalizatorların sintezinə və alınan biodizel əsasında ekoloji təhlükəsiz və yüksək istismar keyfiyyətinə malik yanacaq kompozisiyaları hazırlanıb.

Məqsəd müxtəlif bitki yağlarından biodizelin alınması prosesində biodizel və ənənəvi dizel yanacağı əsasında yanacaq kompozisiyalarının işlənilməsi və istismar xassələrinin öyrənilməsi olub.

Müəllif qeyd edib ki, XX əsrin sonlarından başlayaraq yanacaqların qeyri neft məhsullarından alınması üçün alternativ yolların axtarışına maraq xeyli artıb. Belə alternativ üsullardan biri də müxtəlif bitki yağlarından (günəbaxan, qarğıdalı, pambıq, raps, soya, palma, kanola) biodizelin alınmasıdır. Biodizelin alınması prosesində “yaşıl” katalizatorların sintezi və tətbiqi müasir dövrün aktual problemlərindən biridir.

L.Mahmudova əldə etdiyi elmi nəticələrin yeniliyini 3 patentlə təsdiq edib.

www.science.gov.az

PAYLAŞ