Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasının kiçik elmi işçisi İbadulla Həsən oğlu Mahmudov “2306.01 – Üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Ona 2 may 2025-ci il tarixində müvafiq diplom Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında təqdim olunub.
Məlumat üçün bildirək ki, İbadulla Mahmudov 24 iyun 2024-cü il tarixində akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda “2306.01 – Üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Pirazol-, N-benzil, N- allilanilin törəmələri, onların metal komplekslərinin sintezi və tədqiqi” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.
İddiaçının elmi rəhbəri kimya elmləri doktoru, professor Əfsun Sucayev və kimya elmləri doktoru, dosent Yusif Abdullayev olmuşlar.
Kimya üzrə fəlsəfə doktoru İbadulla Həsən oğlu Mahmudovu təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayırıq.