Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Mustafayeva və gənc alim kimya üzrə fəlsəfə doktoru Mənsurə Hüseynova M.Rahim adına 7 saylı tam orta məktəbində Heydər Əliyev ilinə həsr edilmiş Səbayıl rayonu üzrə keçirilən məktəblərarası “Kiçik Akademiya” konfransında münsiflər heyətində təmsil olunublar.
Konfransda ilk öncə Azərbaycan Respublikasının himni səsləndirilib. Sonra 7 nömrəli məktəbin direktoru Konul Tehmezova konfrans iştirakçılarını salamlayıb, müzəffər Azərbaycan ordusunun qalibiyyəti haqqında danışıb, şəhidlərimizin xatirəsi hörmətlə yad edilib. Könül Təhməzova öz çıxışında qeyd edib ki:“Kiçik Akademiya”nın fəaliyyətinin əsas məqsədi məktəbdə istedadlı uşaqlarla aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına kömək göstərmək, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdi.
Sonra şagirdlər öz tədqiqat işlərini təqdim ediblər. “Kiçik Akademiya” üzvlərinin I Ümumşəhər Konfransına seçim turu keçirilib. Seçim turunda münsiflər heyəti tərəfindən I, II, III yerlər müəyyənləşdirilib. Şagirdlərə diplomlar təqdim olunub.