14 dekabr 2023-cü il tarixində Bakı Dövlət Universitetində Neft Kimyası və kimya texnologiyası kafedrasının 80 illik yubileyinə həsr olunmuş doktorant, magistrant və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyasında müasir yanaşmalar” mövzusunda Respublika elmi konfransı keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev konfransda çıxış edib və konfrans iştirakçılarına uğurlar arzulayıb.
İnstitutunun gənc mütəxəssisləri Günay Mustafayeva, Könül Qəhrəmanova və başqaları konfransda müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.