Aşqarlar Kimyası İnstitutunun gənc tədqiqatçısı könüllülük fəaliyyətinə görə sertifikatlarla təltif olunub

50

Azərbaycan ElmBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) iştirak edən fəal könüllülərdən biri də akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun kiçik elmi işçisi Lalə Əliyeva da vardır. O, bu mötəbər beynəlxalq tədbirdə uğurlu könüllülük fəaliyyətlərinə görə Prezident cənab İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilənlərdəndir.

Gənclərin belə tədbirlərdə iştiraklarının onların inkişafına müsbət təsirləri haqqında məlumat verən gənc tədqiqatçı Lalə Əliyeva könüllülük fəaliyyətinin ona dəyərli təcrübə qazandırdığını, həmçinin onun xaricdən olan həmkarları ilə yeni əlaqələr qurmasına şərait yaratdığını vurğulayıb. O, gələcəkdə də dövlət əhəmiyyətli tədbirlərdə könüllü olaraq fəal iştirak edəcəyini, ölkəmizin maraqlarını qorumağa, Azərbaycanın adını hər zaman uca tutmağa xidmət edəcəyini qeyd edib.

Lalə Əliyeva ölkəmizdə belə bir möhtəşəm tədbirin təşkili və konfransdakı fəaliyyətlərinə yüksək dəyər verdiyi üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Məlumat üçün qeyd edək ki, L.Əliyeva könüllük fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən də sertifikata layiq görülüb.

PAYLAŞ