Aşqarlar Kimyası İnstitutunun magistrantı dissertasiya işini uğurla müdafiə edib

215

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 96 saylı 18 may 2023-cü il tarixli sərəncamına əsasən 20 iyun 2023-cü ildə akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda təhsil alan II kurs magistrantların müvafiq İxtisaslaşdırılmış Elmi Şurada magistrlik dissertasiyasının müdafiəsi keçirilib.

Elmi Şurada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun II kurs magistrantı Hümbətzadə Aysel Namiq qızının “Epixlorhidrin əsasında ksantogenat turşusunun efirlərinin sintezi və triboloji xassələrinin tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi olub.

Müdafiə uğurla başa çatmış və magistrant əla qiymətlə qiymətləndirilmişdir.

PAYLAŞ