Aşqarlar Kimyası İnstitutunun sabiq magistrantları dissertasiya işini müdafiə ediblər

114

27 iyun 2024-cü il tarixində Bakı Dövlət Universitetinin “Üzvi kimya” kafedrasında  magistrantların müvafiq İxtisaslaşdırılmış Elmi Şurada magistrlik dissertasiyasiyalarının müdafiəsi keçirilib.

Elmi Şurada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun sabiq magistrantları Nəzərli Şəhanə Pənah qızının “Tərkibində fenol fraqmenti olan sulfamidlərin sintezi və tədqiqi”, İbrahimova Bəyim Rahib qızının “Pirazol törəmələrinin bəzi yeni metal komplekslərinin sintezi və tədqiqi”, Sadıqova Afaq Baxşalı qızının “Asetofenonun bəzi kükürdsaxlayan törəmələrinin sintezi və xassələri”  mövzusunda dissertasiya işilərinin müdafiəsi olub.

Müdafiə uğurla başa çatmış və magistrantlar əla qiymətlə qiymətləndirilmişdirlər.

PAYLAŞ