Aşqarlar Kimyası İnstitutunun professoru beynəlxalq konfransda plenar məruzə edib

164

21-22 sentyabr 2023-cü il tarixində  Azərbaycan Texnologiya Universiteti (ATU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfransı  keçirilmişdir.

Konfransın plenar iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Sürtkü kompozisiyaları” laboratoriyasının müdiri tex.e.d, professor H.Ə.Cavadova “M-14 B2 tipli biodavamlı sürtkü yağının yağlayıcı və yuyuculuq xassələrinin  təyini” mövzusunda onlayn məruzə etmiş, konfrans iştirakçılarının suallarını cavablandırmışdır.

Konfransda məruzə edən professorun elmi tədqiqatları yüksək qiymətləndirilərək sertifikatla təltif olunub.

 

PAYLAŞ