Aşqarlar Kimyası İnstitutunun professoru “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı” ilə təltif olunub

203

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d., professor Əfsun Sucayev  elmi  və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cüil 02 fevral tarixli 4289 saylı sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı” ilə təltif olunub.

Qeyd edək ki, aşağıdakı xidmətlərinə görə fərqlənən şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı” ilə təltif olunurlar:

  1. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;
  2. Azərbaycan Respublikasının dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;
  3. Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;
  4. Sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;
  5. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;
  6. Azərbaycan Respublikasının sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;
  7. Dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.

Professoru təbrik edir və işlərində uğurlar arzulayırıq.

PAYLAŞ