30.11.2023-cü il tarixində Mülki Müdafiə tədbirləri planına əsasən Nərimanov Rayonu İcra Hakimiyyəti tərəfindən“Yeni BEMZ” ASC-nin ərazisində Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə Mülki Müdafiə məşqi təşkil olunmuşdu.
Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Radiasiya və kimya kəşfiyyat manqası bu tədbirdə aktiv olaraq tam tərkibdə iştirak etmişdir.