Aşqarlar Kimyası İnstitutunun sabiq doktorantı dissertasiya işini müdafiə edib

43

24 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasının kiçik elmi işçisi, sabiq doktorant İbadulla Həsən oğlu  Mahmudovun “2306.01 – Üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tamamladığı dissertasiya işinin müdafiəsi keçirilib.

Kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçısı İbadulla Həsən oğlu  Mahmudov “Pirazol-, N-benzil, N- allilanilin törəmələri, onların metal komplekslərinin sintezi və tədqiqi” mövzusunda dissertasiya işini akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda müvəffəqiyyətlə müdafiə edib.

İddiaçının elmi rəhbəri kimya elmləri doktoru, professor Əfsun Sucayev və kimya üzrə fəlsəfə doktoru, dosent Yusif Abdullayev olmuşlar.

İddiaçı İ.Mahmudov mövzu ilə əlaqədar əldə etdiyi mühüm elmi yenilikləri, sintez etdiyi yeni maddələrin fundamental elmi və tətbiqyönlü əhəmiyyətə malik olması və onların həm karbohidrogenlərin oksidləşməsinə qarşı antioksidantlar, həm katalitik fəallıqları, eyni zaman da patoloji proseslərə qarşı enzim-izoenzim inhibitorları kimi aktivliklərinin öyrənilməsi istiqamətində apardığı müfəssəl tədqiqatlar haqqında geniş məlumat verdi və çoxsaylı sualları cavablandırıb.

İ.Mahmudovun mövzusu üzrə elmi əsərləri «Clarivate Analytics» Agentliyinin “Web of Knowledge” axtarış sistemində referatlaşdırılmış, kimya sahəsində xüsusi nüfuza malik ABŞ-ın, Avropanın yüksək impakt faktorlu jurnallarında çap olunmuşdur.

Dissertasiya işi Aşqarlar Kimyası İnstitutunun“Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasında yerinə yetirilmişdir.

 

PAYLAŞ