24.06.2025-ci il tarixində AR ETN akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu tərəfindən təsis edilmiş “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”in standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 34) növbəti iclası təşkil olunub. İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən autentik tərcümə olunmuş AZS ГОСТ 28084:2025 “Aşağıdonan soyuducu mayelər. Ümumi texniki şərtlər”, AZS ГОСТ 30333:2025 “Kimyəvi məhsulların təhlükəsizlik pasportu. Ümumi tələblər”, AZS ГОСТ 33341:2025 “İstilik mübadilə sistemləri üçün bütün mövsümlərdə işləyən aşağıdonan tərkiblər və soyuducu mayelər. Texniki şərtlər”, AZS ГОСТ P 51634:2025 “Avtotraktor mühərrik yağları. Ümumi texniki tələblər”, AZS СТ РК 2467:2025 “МГЕ-46В hidrohəcmli ötürücülər üçün yağ. Texniki şərtlər”, AZS СТ РК 2468:2025 “АУП hidravlik yağ. Texniki şərtlər”, AZS СТ РК 2471:2025 “API üzrə SF, SJ, SL, SM, SN, CF-4, CG-4, CH-4, CL-4, CJ-4 kateqoriyaları üçün bütün mövsümlərdə işləyən universal motor yağları” Texniki şərtlər, AZS СТ РК 2473:2025 “Mexaniki transmissiya sistemləri üçün GL-4, GL-5 kateqoriyaları üzrə bütün mövsümlərdə işləyən yağlar. Texniki şərtlər” dövlət standartları layihələrinin Texniki Komitə (AZSTAND/TK 34) tərəfindən təkrar redaksiyası müzakirə olunub.
Hazırlanmış standartın qəbul olunması lehinə yekdilliklə səs verilib və dövlət standartlarının layihəsinin qəbul edilməsi “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə təklif edilib.