“Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”in standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 34) 2024-cü il üzrə fəaliyyət planına əsasən Zoom proqramı vasitəsi ilə 19.12.2024-cü il tarixində növbəti iclas keçirilmişdir.
İlk növbədə FHN Dövlət Yanğından Mühafizə Xidməti, Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasının rəisi vəzifəsini müvəqqəti icra edən daxili xidmət polkovnik-leytenantı Mədətov Zaur Əli oğlu əvəzinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınların tədqiqatı və sınaq laboratoriyasının Təcrübə-sınaq şöbəsinin kiçik elmi əməkdaşı daxili xidmət kapitanı Şirinov Soltan Ələsgər oğlu üzv kimi təsdiq olundu.
İclasda 5 dövlət standartı dövri yoxlamadan keçirib, bir dövlət standartına yenidən baxılıb və ГОСТ 20502-75 rus dilindən, İSO 11158:2023 ingilis dilindən azərbaycan dilinə autentik tərcümə olunub.
İclasda 5 dövlət standartına 3 saylı Dəyişikliklər layihəsi müzakirə olundu.
- AZS 445-2010 “Turbin yağları. Texniki şərtlər” dövlət standartı
- AZS 446-2010 “Benzin mühərrikləri üçün və universal motor yağları. Texniki şərtlər” dövlət standartı
- AZS 448-2010 “Sənaye yağları. Texniki şərtlər” dövlət standartı
- AZS 449-2010 “Soyuducu maşınlar üçün yağlar. Texniki şərtlər” dövlət standartı
- AZS 589-2011 “T-1500-30 və T-1500-45 markalı transformator yağları. Texniki şərtlər” dövlət standartı
SOCAR Downstream Management müraciətinə əsasən AZS 359-2009 “BM-4 vakuum yağı. Texniki şərtlər” dövlət standartının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması məqsədilə yenidən baxılıb və 4 saylı Dəyişiklik layihəsi müzakirə olundu.
ГОСТ 20502-75 rus dilindən autentik tərcümə olunub və AZS ГОСТ 20502:2024 “Yağlar və onlara aşqarlar. Korroziyalılığın təyini üsulları” dövlət standartının layihəsi müzakirəyə çıxarılıb.
İSO 11158:2023 beynəlxalq standartı ingilis dilindən autentik tərcümə olunub və AZS İSO 11158:2024 “Sürtkülər, sənaye yağları və əlaqəli məhsullar (L sinfi) — H ailəsi (hidravlik sistemlər) — HH, HL, HM, HV və HG kateqoriyaları üçün spesifikasiyalar. Texniki şərtlər” dövlət standartının layihəsi müzakirəyə çıxarılıb.
Üzvlər layihələrin qəbul olunmasının lehinə yekdilliklə səs verdilər.