Avstraliyalı alimlər yeni koronavirusu yetişdirməyə nail olublar

1363

Avstraliyanın Doerti İnstitutunun alimləri yeni koronavirusu yetişdirməyə nail olublar. Bu, koronavirusla mübarizə üçün beynəlxalq laboratoriyaların mühüm informasiya əldə etməsinə şərait yaradacaq.

www.ria.ru saytı xəbər verir ki, virus xəstələrdən birindən götürülmüş nümunə əsasında yetişdirilib. Yeni koronavirusun nümunəsinin yetişdirilməsi analiz zamanı bütün üsullardan istifadə etməyə, virusun bütün özəlliklərini aydınlaşdırmağa şərait yaradacaq ki, bu da öz növbəsində diaqnostikada mühüm irəliləyişə təkan verəcək.

Həmin virusdan Avstraliyada istifadə etməklə yanaşı, onun Dünya Səhiyyə Təşkilatının laboratoriyalarına göndərilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, yeni koronavirusun yayılması nəticəsində Çində artıq 132 nəfər vəfat edib, 6 min nəfərin isə ona yoluxduğu bildirilir.

PAYLAŞ