Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad. Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuda 2023-cü il üçün doktorantura və dissertanturaya sənəd qəbulu elan edilib

158

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-ci il tarixli 261s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən 2023-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edilib.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan  Respublikası Elm və Təhsil Nazirliyinin portal edu.az saytına daxil olaraq, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçəcəklər.

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 12 aprel tarixindən başlayacaq və 16 may tarixində sənəd qəbulu başa çatacaq.

Əlavə məlumat üçün Aşqarlar Kimyası İnstutunun Təhsil şöbəsinə müraciət etmək olar.

Əlaqə nömrəsi: Tel.: (+99412)5149653 ,(+99412)5149654

Email: aki05@mail.ru

 

PAYLAŞ