Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Elm günü” qeyd edilib

116

Bu gün elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. 2019-cu ildə ölkədə ilk dəfə olaraq “Elm Günü”  yüksək səviyyədə qeyd edilib. O gündən etibarən hər il  27 mart tarixində “Elm Günü” bayram olaraq qeyd edilir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda da 27 mart  “Elm günü” ilə bağlı bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Mehparə Səfərova açaraq, Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində göstərilən böyük qayğı, ölkədə alimin və elmin nüfuzunun yüksəldilməsindən, elmdə olan kəşflərdən, elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssislərin əldə etdikləri nailiyyətlərdən danışıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədr İsmayılova Günay bu günün yaranma tarixi ilə bağlı geniş məruzə ilə çıxış edib.

İnstitutun qocaman alimi Nüsrət Əliyev çıxış edərək, gənclərin elmə gəlməsini, dövlətimizin yaratdığı geniş imkanlardan  istifadə edərək, Azərbaycan elminin inkişafı üçün   töhfələr vermək lazım olduğunu  vurğulayıb. İnstitutun alimlərini və  gəncləri bu gün münasibətilə təbrik edib, öz arzu və istəklərini bildirib.

PAYLAŞ