Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Baş direktoru, akademik Vaqif Fərzəliyevin Novruz bayramı münasibətilə institut əməkdaşlarına təbriki

152

Hörmətli həmkarlar!

Novruz bayramı Baharın gəlişi ilə əlaqələndirilir. Baharın gəlişi  ilə qədim insan cəmiyyətlərinin həmin anı bayram olaraq qeyd etmələrinin məntiqi səbəbləri var. Təbiətə yenilik gətirən bu anı yeni il kimi qeyd etmək də təsadüfi deyil. “Yeni gün” anlamına gələn bu bayram islam adət-ənənəsinə də tam uyğundur.

Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, islam aləmində xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur.

Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən – su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur. Hər çərşənbə bir ünsürlə əlaqələndirilir.

Əziz həmkarlar!

Sizi yuxarıda qeyd etdiyimiz milli adət-ənənələrimizi özündə yaşadan, bolluq və bərəkət rəmzi olan NOVRUZ BAYRAMI münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Xalqımızın xoşbəxt gələcəyi, dövlətimizin iqtisadi inkişafı və onun müdafiə qüdrətinin artırılması naminə həyata keçirdiyiniz elmi fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, şəxsi həyatda Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür və səadət dolu günlər, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Novruz bayramınız mübarək!!!

PAYLAŞ