Azərbaycan və Türkiyə alimlərinin apardıqları müştərək beynəlxalq tədqiqatlarının nəticələri nüfuzlu jurnalda dərc olunub

23

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu ilə Bakı Dövlət Universiteti və Türkiyənin Bartin Universitetinin bir qrup alimlərinin beynəlxalq səviyyəli əməkdaşlıq çərçivəsində apardıqları müştərək elmi tədqiqatların mühüm nəticələri növbəti məqalə şəklində Q2 kateqoriyalı “Web of Science” bazasında impakt faktoru 2.9, Scopus bazasında impakt faktoru 3.9 olan dünyaca məşhur “Wiley” nəşriyyatının  “Chemistry & Biodiversity” jurnalında (Shahla Tahirli, Nastaran Sadeghian, Farqana Aliyeva, Afsun Sujayev, Sevilay Günay, Yavuz Erden, Namig Shikhaliyev, Savaş Kaya, Eda Mehtap Özden, Famil Chiragov, Avni Berisha, Parham Taslimi, New Azo Derivative of β-Diketones and Its Cu(II), Co(II) Complexes:  Synthesis, Theoretical Study and Biological Activity, 2024, e202301861, https://doi.org/10.1002/cbdv.202301861) dərc olunub.

İnstitutdan bildirilib ki, məqalə kompüter kimyasının imkanlarından istifadə etməklə β-diketonların yeni azo törəməsinin və onun bəzi metallarla komplekslərinin strukturunun və xassələrinin müfəssəl nəzəri , o cümlədən bioloji fəallığının tədqiqi ilə bağlıdır. Alimlərimizin araşdırması nəticəsində məlum olmuşdur ki, yeni komplekslər canlı orqanizmlərdə gedən bir çox patoloji proseslərdə butirilxolinesteraza və asetilkolinesteraza qarşı effektiv inhibə təsirinə malikdir. Potensila dərman təsiri göstərən xolinesteraza inhibitorları asetilxolinin miqdarını tənzimləyir.

PAYLAŞ