Azərbaycanlı alimlərin dünya elminə mühüm töhfəsi

1234

AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Hətəm Quliyevin və AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin həmmüəllifi olduğu Yerin İlkin Etalon Modeli (YİEM) haqqında məqalə Amerika Geofizika İttifaqının nüfuzlu nəşrlərindən olan “Earth and Space Science” jurnalında işıq üzü görüb.

Məqalədə azərbaycanlı alimlər modelin geomexaniki cəhətdən düzgün olmadığını sübuta yetirib, qeyri-xətti geomexaniki təhlil metodu yaratmaqla, YİEM-in formalaşması zamanı yol verilmiş səhvləri müəyyən ediblər.

Görülmüş işlər fundamental əhəmiyyət daşımaqla yanaşı, həm də böyük innovativ xüsusiyyətə malikdir. Belə ki, yeni metodun tətbiqi neft-qaz yataqlarının və regionun seysmik aktivliyinin öyrənilməsində yeni mərhələ rolunu oynayacaq.

Qeyd edək ki, Yerin İlkin Etalon Modeli 1981-ci ildə Amerika Geofizika İttifaqının prezidenti D.Anderson və məşhur professor A.Dzevonski tərəfindən beynəlxalq elmi ictimaiyyətə təqdim edilib. Alimlər sözügedən araşdırmalarına görə, 1989-cu ildə Yer elmləri sahəsində Nobel mükafatına bərabər sayılan Kraudof mükafatına layiq görülüblər. Model bugünə qədər çoxsaylı geoloji və geofiziki problemlərin həllində istifadə olunub.

www.science.gov.az

PAYLAŞ