Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin akademik-katibi, Aşqarlar Kimyası İnstitutunun (AKİ) direktoru, akademik Vaqif Fərzəliyev və AKİ-nin direktor müavini Elman Zülfüqarov mayın 28-dən 31-dək Belarusun paytaxtı Minskdə keçiriləcək “Xammalın və yanacağın alternativ mənbələri” mövzusunda VII beynəlxalq elmi-texniki konfransda iştirak ediblər.
Akademik Vaqif Fərzəliyev konfransın plenar iclasında məruzə ilə çıxış edib. Aktual mövzuya həsr olunan məruzə konfransın I dərəcəli diplomuna layiq görülüb.
V.Fərzəliyev bölmə iclaslarından birinə sədrlik edib.