2025-ci ilin ilk 5 ayı ərzində “Scopus” elmmetrik bazasında ümumilikdə 2755 məqalə nəşr olunub. Bu məqalələrdən 2000-dən çoxu Q1 və Q2 indeksli elmi jurnallarda nəşr olunub. AR Elm və Təhsil Nazirliyinin məlumatına görə, Q1 indeksli jurnallarda məqalə sayı Q2 indeksli jurnallarda əks olunan məqalə sayından təxminən 2.7 dəfə çox olub (Q1-1465, Q2-546).
Qeyd edək ki, 2024-cü il ərzində Q1 və Q2 indeksli elmi jurnallarda nəşr sayı cəmi nəşr sayının 53%-ni təşkil edirdisə, cari ilin ilk 5 ayı ərzində bu nisbət 73% olub (2024-cü il üzrə 2447 Q1 və Q2, 2025-ci ilin 5 ayı ərzində 2011 Q1 və Q2).
“Clarivate TM” şirkətinə məxsus “Web of Science” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən 2025-ci ilin ilk 5 ayı ərzində 1322 məqalə nəşr olunub.
Məlumat üçün qeyd edək ki, “Web of Science” elmmetrik bazası üzrə kvartil göstəriciləri ilin yekunundan 6 ay sonra açıqlandığı üçün təhlilə daxil edilmir.
Ana səhifə
Xəbərlər Azərbaycan alimlərinin Q1 indeksli jurnallarda çap etdirdiyi məqalələr kəskin artıb