Azərbaycan məktəblisi ilk dəfə beynəlxalq olimpiadada informatikadan qızıl medal qazanıb

1512

Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə məktəblilər arasında 16-cı Beynəlxalq Jautıkov Olimpiadası (IZhO) keçirilib.

Olimpiadada azərbaycanlı şagirdlər informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıblar.

Qeyd edək ki, informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazovun qazandığı qızıl medal bu fənn üzrə beynəlxalq olimpiadalar tariximizdə qazandığımız ilk ali mükafatdır.

www.science.gov.az

PAYLAŞ