Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan “Ən yaxşı elmi məruzə” müsabiqəsi keçiriləcək

1923

Azərbaycan Milli Elmlər Akademiyası akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisənin gənc tədqiqatçıları olan gənc alim, doktorant və dissertantlar arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan “Ən yaxşı elmi məruzə” adlı müsabiqəsini elan edib. Şuranın sədri, dosent Əfsun Sucayevin məlumatına görə, 05 aprel-15 may 2018-ci il tarixlərini əhatə edən müsabiqə müddətində iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzə edəcəklər.

Ekspert Komisiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

PAYLAŞ