“Kimya Problemləri” jurnalı “Web of Science Core Collection Emerging Sources Citation Index”də indekslənən yeni jurnal olaraq “Clarivate Analytics” ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatına layiq görülmüşdür. Mükafatın müfafiq diplomu dekabrın 5-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə və “Clarivate Analytics” ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatlarının təqdim edilməsinə həsr olunmuş tədbirində jurnalın baş redaktoru akademik Vaqif Fərzəliyevə təqdim olunmuşdur.
Qeyd edək ki, mükafata layiq görülən digər jurnallar- Riyaziyyat və Mexanika İnstitutunun əsərləri, Neft Kimyası və Neft Emalı Prosesləri jurnalı və ARDNŞ Elmi Əsərləri olmuşdur.