AZSTAND/TK-34 Texniki Komitənin növbəti iclası keçirib

3

AR ETN akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu tərəfindən təsis edilmiş “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”in Standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 34) videoformatda növbəti iclası təşkil olunub.

İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən autentik tərcümə olunmuş AZS ГОСТ 21791:2025 “МАС-30НК sintetik yağ. Texniki şərtlər”, AZS ГОСТ 23258:2025 “Plastik sürtkülər. Adlar və işarələr”, AZS ГОСТ 23652:2025 “Transmissiya yağları.Texniki şərtlər”, AZS ГОСТ 25821:2025 “Maye ПГВ. Texniki şərtlər”, AZS ГОСТ 30333:2025 “Kimyəvi məhsulların təhlükəsizlik pasportu. Ümumi tələblər” dövlət standartları müzakirə olunub. Hazırlanmış standartın qəbul olunması lehinə yekdilliklə səs verilib və dövlət standartlarının layihəsinin qəbul edilməsi “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə təklif edilib.

PAYLAŞ