B12 vitamini çatışmazlığının əlamətləri açıqlandı

47

B12 vitamini insan orqanizmində DNT əmələ gəlməsinə kömək etmək və sinir sistemini dəstəkləmək kimi bir çox funksiyalara malikdir.

Miçiqan Sağlamlıq Universitetinin alimləri vitamin çatışmazlığının sinir hüceyrələrinə zərər verə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Və bu müəyyən əlamətlərlə özünü göstərir. Bədəndə B12 vitamininin səviyyəsi uzun müddət aşağı qalarsa, barmaqlarda və ayaqlarda keyimə və ya bizlənmə hissi meydana gələ bilər. Bu vəziyyətin digər əlamətləri zəif balans, depressiya və koqnitiv  qabiliyyətlərin zəifləməsidir.

Bu əlamətlərin çoxu müalicə vasitəsilə yox olsa da, bəzi çatışmazlıq problemləri qalacaq. Mütəxəssislərin fikrincə, B12 vitamini çatışmazlığının əlamətləri müşahidə edildikdə həkimə müraciət etmək lazımdır.

 

PAYLAŞ