Bakı Dövlət Universitetinin tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə cəlb olunublar

73

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası  İnstitutunun (AKİ) müvafiq laboratoriyalarında istehsalat təcrübəsi keçəcəklər.

Tələbələrlə görüşdə institutun baş direktoru akademik Vaqif Fərzəliyev çıxış edərək bildirib ki, AKİ istər sovet dövründə, istərsə də müstəqillik dönəmində ixtisaslaşmış nadir elmi mərkəzlərdən biri olmaqla, dünya və respublika əhəmiyyətli fundamental və innnovativ elmi nailiyyətlərə imza atmış və elm məbədində dünya şöhrətli kimyaçı alimlər çalışmış, belə bir mühütdə sabahın müəllimi, alimi, mütəxəssisin təcrübəkeçməsi onlara əlavə üstünlük qazandırır.

Akademik rəhbərlik etdiyi İnstitutun Bakı Dövlət Universiteti ilə elm və təhsilin inteqrasiyası istiqamətində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb: “Bu əməkdaşlıq çərçivəsində tələbələrin istehsalat təcrübəkeçməsi təmin olunur. Bir növ Universitetdə təhsil aldığınız 4 il müddətində qazandığınız nəzəri bilikləri praktik biliklərlə möhkəmləndirmiş olursunuz. Laboratoriyalarda tələbələrin müvafiq biliklərə yiyələnməsi üçün hərcür imkanlar yaradılıb, onlar laboratoriyalarda olan cihaz və avadanlıqların iş prinsipi, aparılan tətdqiqatların mahiyyət və məzmunu ilə yaxından tanış olacaqlar, özləri belə tədqiqat proseslərinə qoşula biləcəklər”.

Görüşdə iştirak edən BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov institutda BDU-nun Kimya fakültəsinin neft kimyası və kimya texnologiyası kafedrasının “Aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər” baza kafedrası fəaliyyət göstərdiyi üçün bu elmi mərkəzə öz iş yerləri kimi yanaşdığını, baza kafedrasında Universitetin Kimya fakültəsində kimya və kimya müəllimliyi ixtisaslaşmaları üzrə təhsil alan bakalavr və magistrantlar üçün hər cür şərait yaradıldığını qeyd edib. O, fakültənin AKİ ilə əməkdaşlıq səviyyəsinin çox yüksək olduğunu, institutun bir çox əməkdaşlarının bakalavr tələbə və magistrantların tədris prosesinə müəllim kimi cəlb olunduğunu və onların işindən Universitet rəhbərliyindən tutumuş kafedra rəhbərliyinə qədər hamının razı qaldığını vurğulayıb.

İ.Məmmədov tələbələrə göstərdikləri qayğı və diqqətə görə İnstitut rəhbərliyinə minnətdarlığını bildirib.

AKİ-nin icraçı direktoru k.e.d., professor Əfsun Sucayev çıxış edərək bildirdi ki, təcrübə dövründə tələbələr onlar üçün hazırlanmış proqrama əsasən, institutun elmi işçiləri tərəfindən elmi tədqiqat işlərinə cəlb olunacaq və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı əldə edəcəklər.

O eyni zamanda qeyd edib ki, ənənyə uyğun olaraq bu il də təcrübəkeçən tələbələrin elmə və təcrübəkeçməyə marağının artırılmasından ötrü onların içərisində öz bilik-bacarıq və davranışı ilə seçilən üç tələbəyə sonda diplom veriləcək.

Sonra tələbələr qruplara ayrılaraq ayrı-ayrı laboratoriyalara təhkim olunublar

PAYLAŞ