Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavrların diplom işlərinin müdafiəsi keçirilib

217

Bakı Dövlət Universitetinin Kimya fakültəsində Kimya və Kimya mühəndisliyi ixtisasları üzrə bakalavr pilləsində təhsil alan tələbələrin yekun buraxılış işlərinin müdafiəsi təşkil olunub. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyevin sədrliyi ilə keçirilən İxtisaslaşdırılmış Müdafiə Komissiyasının iclasında 2022-2023-cü tədris ilində SABAH qrupları da daxil olmaqla 102 nəfər  ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbələr  yerinə yetirdikləri diplom işlərini təqdim ediblər. Gənclər tədqiqatlarının aktuallığı, elmi yeniliyi, əldə etdikləri nəticələr haqqında danışıb, sualları cavablandırıblar.

Sonda səsvermə nəticəsində diplom işləri müvafiq meyarlar üzrə qiymətləndirilib, məzun tələbələrə bakalavr ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

 

PAYLAŞ