Bakı Dövlət Universitetində ustad dərsi keçilib

2

Bakı Dövlət Universitetində Kimya fakültəsinin professor, müəllim və tələbələri üçün akademik Vaqif Fərzəliyev “Xüsusi təyinatlı yağların yaradılması və istehsalının təşkili” mövzusunda ustad dərsi keçib.

Akademik mövzu haqqında geniş məlumat verib və qeyd edib ki,: “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması istiqamətində apardığı elmi-tədqiqat işlərinin nəticələri təkcə ölkəmizin strateji məhsullara olan tələbatının ödənilməsi və müdafiə qüdrətinin yüksəldilməsinə deyil, həm də müştərək əməkdaşlıq edilən dost və qardaş ölkələrin iqtisadi inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə müəyyən töhfə vermiş olur”.

Tədbirdə Kimya fakültəsinin dekanı Fuad Kərimli, Kimya texnologiya kafedrasının müdiri İbrahim Məmmədov və başqaları iştirak ediblər.

Tədbirdə həmçinin mövzu ilə bağlı iştirakçıların sualları  cavablandırıldı.

PAYLAŞ