Bakı məktəbliləri Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər

179

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu “Heydər Əliyev İli” çərçivəsində orta məktəblərin şagirdləri üçün “Açıq qapı” elan edib. Bu məqsədlə instituta davamlı olaraq, Bakı məktəbliləri ekskursiya edirlər.

28 dekabr 2023-cü il tarixində Sabunçu rayon 192 saylı  orta məktəbin yuxarı sinif şagirdləri Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.

Məktəblilərlə görüşdə qonaqları salamlayan İnstitutun icraçı direktoru kimya elmlər doktoru, professor Əfsun Sucayev bildirib ki, elmi-tədqiqat müəssisələrinə eksursiya etmək, şagirdlərin gələcək ixtisas seçməyində böyük rol oynayacaq və onları elmə həvəsləndirəcək.Bu nöqteyi-nəzərdən də hər bir elmi müəssisə öz qapılarını istedadlı şagirdlərin üzünə açmalı, onların fiziki-kimyəvi proseslərlə əyani tanış olmalarını təmin etməlidir”.

Ə.Sucayev Aşqarlar Kimyası İnstitutunun yaranma tarixindən, elmi fəaliyyət istiqamətləri, institutda aparılan fundamental tədqiqatlardan, əldə olunan nailiyyətlərdən, İnstitutda çalışmış və dünyasını dəyişən Azərbaycanın görkəmli kimyaçı alimləri – akademik Əli Quliyev və akademik İzzət Orucova haqqında məlimat verib, institutun laboratoriyalarında aparılan təcrübələrin şagirdlər üçün maraqlı olacağını söyləyib, şagirdlərin suallarını cavablandırıb.

Daha sonra şagirdlər Azərbaycanın tanınmış alimi və kinoda ilk qadın obrazının yaradıcısı İzzət xanım Orucova haqqında hazırladıqları təqdimatla çıxış ediblər.

Sonra şagirdlər “Fizioloji fəal üzvi birləşmələr”, “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi”, “Sürtkü kompozisiyaları”, “Mühafizəedici üzvi birləşmələr”, “Müxtəlif funksiyalı polimer birləşmələr” və digər laboratoriyalara baş çəkərək orada aparılan elmi tədqiqatlarla, müasir fiziki-kimyəvi cihazların iş prinsipləri ilə yaxından tanış olub, bəzi təcrübələri yaxından izləyiblər.

 

PAYLAŞ